Nadir Mahmudov
Nadir Şahlar oğlu Mahmudov 21 yanvar 1989-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Ali təhsilini Kazan Milli Tədqiqat Texnoloji Universitetində logistika ixtisası üzrə başa vurduqdan sonra peşəkar fəaliyyətini kino və səs post-prodakşnı sahəsində davam etdirib.
2014-cü ildən film, televiziya və animasiya layihələrində səs rejissoru, supervising sound editor və səs dizayneri kimi fəaliyyət göstərir. 10 ildən artıq peşəkar təcrübəsi ərzində 40-dan çox audiovizual layihənin səs post-prodakşnında iştirak edib. Fəaliyyət istiqamətləri dialoq redaktəsi, sound design, Foley, ADR və dublyaj, səs effektlərinin hazırlanması, re-recording mixing və final miks proseslərini əhatə edir.
İş prosesində əsasən VEGAS Pro və Steinberg Nuendo-dan istifadə edir, müxtəlif layihələrdə Reaper və digər peşəkar audio alətlərindən də yararlanır. Stereo, 5.1 surround və Dolby Atmos formatlarında səs üzərində işləyir. Dialoq miksində isə aktyorların ekrandakı mövqeyini nəzərə alan məkanlı yanaşmadan istifadə edir: aktyor kadrda sola və ya sağa hərəkət etdikcə onun fərdi mikrofonundan gələn dialoq da səs səhnəsində uyğun istiqamətdə yerləşdirilir, boom mikrofonu isə səhnənin təbii mərkəzini və ümumi akustikasını qoruyur. Bu yanaşma dialoqun yalnız mərkəzdən eşidilən səs kimi deyil, ekrandakı hərəkət və məkanla əlaqəli vahid səs təsvirinin bir hissəsi kimi qəbul olunmasına imkan verir.
Müasir səs post-prodakşn prosesində süni intellekt əsaslı alətlərdən də istifadə edir. AI texnologiyalarını səsin təmizlənməsi və bərpası, audio mənbələrin ayrılması, materialın analizi, yaradıcı səs və musiqi eskizlərinin hazırlanması, eləcə də bəzi rutin post-prodakşn proseslərinin sürətləndirilməsi üçün tətbiq edir. Bu texnologiyalar yaradıcı və texniki qərarları əvəz edən vasitə kimi deyil, iş prosesini tamamlayan alətlər kimi istifadə olunur.
İş yanaşmasında səsin yalnız texniki keyfiyyətinə deyil, təsvir, dramaturgiya və məkanla əlaqəsinə da diqqət yetirilir. Dialoq, atmosfer, Foley, musiqi və effektlərin vahid səs mühitində işləməsi, eyni zamanda stereo, surround və immersive miksdə aydınlıq və məkan hissinin qorunması əsas prinsiplərdən biridir.
Rare Sound-un təsisçisi olaraq film, serial, animasiya və digər audiovizual layihələr üçün səs post-prodakşnı xidmətləri göstərir.
İctimai TV, AzTV, Oscar Film Production, Metaflix, Oksi Media , SFN film, Art Film Baku, National Media, Animafilm Studio ,KAC Group Media, Azərbaycan Film